27 aprel 2024, 15:30

Dünya Həsənovadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Gəncə şəhərinə son səfəriniz ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Şəhərimiz gündən-günə abadlaşır, gözəlləşir, yeni yollar, parklar salınır. Bütün bunlar Sizin həyata keçirdiyiniz uğurlu islahatların nəticəsidir. Tarixi, qədim, gözəl Gəncəmizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirəm.

Möhtərəm cənab Prezident, biz Sizinlə fəxr edirik. Nə yaxşı ki, Sizin kimi Prezidentimiz var. Hər zaman arxanızdayıq və dəstəkləyirik. Uca Tanrı Sizi öz pənahında saxlasın.

Hörmətlə,

Həsənova Dünya Xaliq qızı.

Azərbaycan Respublikası, Gəncə şəhəri.