27 aprel 2024, 16:00

Səbinə Əlizadədən, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Milli maraqlara söykənən və konkret hədəflərə hesablanan uğurlu islahatlarınız nəticəsində ölkəmizin bütün bölgələrində infrastruktur layihələr uğurla icra olunur. Doğma Gəncəmizdə də görülən işlər şəhərimizin sakinləri tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanır. Buna görə Sizə təşəkkür edirik.

Cənab Prezident, biz Sizin ətrafınızda sıx birləşmişik və dəstəkləyirik. Bu gün hər bir Azərbaycan vətəndaşı kimi mən də ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi uğurlara görə səmimi-qəlbdən sevinirəm. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olaraq Siz ölkəmizin taleyüklü məsələlərini inamlı şəkildə həll edirsiniz. Eşq olsun Sizə, cənab Prezident.

Hörmətlə,

Əlizadə Səbinə Qiyas qızı.

Azərbaycan Respublikası, Gəncə şəhəri.