29 aprel 2024, 11:32

İbadulla Nəbiyevdən, Naftalan, Azərbaycan

Möhtərəm cənab Prezident!

Müasir və müstəqil Azərbaycan ildən-ilə güclənir, sürətlə inkişaf edir. Uğurlu iqtisadi siyasətin yürüdülməsi mühüm əhəmiyyət daşıyaraq iqtisadi yüksəlişin təməlini qoydu. Güclü iqtisadiyyatımız isə öz növbəsində həm xalqın rifahının yaxşılaşmasını, eyni zamanda, dövlətimizin qüdrətlənməsini şərtləndirir.

Sahibkarlara göstərdiyiniz dəstəyə görə Sizə naftalanlı sahibkarlar adından dərin minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə edərək, prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi təbrik edirəm.

Cənab Prezident, dövlətimizin qüdrətlənməsi naminə fəaliyyətinizdə Sizə uğurlar arzulayıram. Uca Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Nəbiyev İbadulla Sovetxan oğlu

Azərbaycan Respublikası, Naftalan şəhəri.