30 aprel 2024, 17:21

Çinarə Səfərovadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu gün Gəncə şəhərində görülən işlər göz oxşayır. Vətəndaşların asudə vaxtını səmərəli keçirməsi üçün yeni parklar salınır, köhnələri bərpa olunur. Yollara asfalt örtüyü döşənir, işıqlandırılır. Bir sözlə şəhərimiz abadlıq-quruculuq meydanını xatırladır. Doğma Gəncəmizə belə diqqət və qayğı göstərdiyinizə görə Sizə şəhər sakinləri adından dərin minnətdarlığımı bildirirəm.

Cənab Prezident, uğurlu daxili və xarici siyasətiniz nəticəsində ölkəmizdə əmin-amanlıq hökm sürür. Sizinlə qürur duyur və fəxr edirik. Uca Tanrı yar və yardımçınız olsun.

Hörmətlə,

Səfərova Çinarə Qabil oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri, Cavadxan qəsəbəsi.