01 may 2024, 12:50

Mustafa Bədəlovdan, Göyçay, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Sizin 2024-cü il 27 aprel tarixli Sərəncamınızla məni “Tərəqqi” medalı ilə təltif etməyinizdən çox böyük qürur duyaraq, Sizə öz dərin minnətdarlığımı bildirir, ən xoş arzularımı yetirirəm.

“Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” müvafiq Sərəncamınızda adımı gördükdə çox sevindim. Bu Sərəncamı sahibkarlığa və sahibkarlara verdiyiniz dəstəyin bir növü hesab edirəm. Ölkə iqtisadiyyatının inkişafında olan xidmətlərimizin qiymətləndirilməsi biz sahibkarları daha da həvəsləndirir.

Bunu kollektivimizin əməyinə verilən olduqca yüksək qiymət olaraq qəbul edir və söz veririk ki, bundan sonra da Azərbaycanımızın iqtisadi qüdrətinin artırılması üçün üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirəcəyik.

Bir daha Sizə öz təşəkkürümü bildirirəm.

Hörmətlə,

Mustafa Bədəlov,

“Tərəqqi” medallı sahibkar.

Azərbaycan Respublikası, Göyçay şəhəri.