01 may 2024, 15:55

Slavik Süleymanovdan, Bərdə, Azərbaycan

Cənab Prezident.

Sizin tərəfinizdən həyata keçirilən daxili və xarici siyasətə, uğurlu diplomatiyaya, bunun müsbət nəticəsi olaraq torpaqlarımızın işğaldan azad edilməsinə və ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasına, həmçinin Qazaxın 4 kəndinin geri qaytarılması barədə razılıq əldə olunmasına görə Sizə minnətdarlığımı bildirirəm. Eyni zamanda, qeyd etmək istəyirəm ki, Sizin Azərbaycana rəhbərliyiniz dövründə ölkəmizdə görülən abadlıq-quruculuq işləri əhalinin rəğbətini qazanmışdır. Respublikamızın dörd bir yanında olduğu kimi, Qazaxda da bu işlərin müsbət nəticəsi göz oxşayır.

Əziz Prezidentimiz, Sizə bütün işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Allah “dəmir yumruğ”unuzu daim var eləsin.

Hörmətlə,

Süleymanov Slavik.

Azərbaycan Respublikası, Bərdə rayonu, Lənbəran kəndi.