02 may 2024, 14:41

Müşfiq Rzayevdən, Volqoqrad, Rusiya Federasiyası

Hörmətli cənab Prezident.

Mən əslən Kəlbəcərin Yanşaq kəndindənəm. Azərbaycanda və dünyanın bütün bölgələrində yaşayan həmyerlilərim adından Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyinizə görə Sizə təşəkkür edirəm.

Sizin qətiyyətli rəhbərliyiniz, əzminiz bu tarixi uğurları xalqımıza bəxş etdi. Sizin səyləriniz milli qürurumuzu, birliyimizi bərpa etdi.

Əminəm ki, Sizin rəhbərliyinizlə doğma Kəlbəcərimiz də dirçələcək, dünyanın ən gözəl yerlərindən birinə çevriləcək.

Var olun, cənab Prezident!

Hörmətlə,

Rzayev Müşfiq Əli oğlu

Rusiya Federasiyası, Volqoqrad şəhəri.