02 may 2024, 12:30

Samirə Qasımovadan, Gəncə, Azərbaycan

Möhtərəm cənab İlham Əliyev.

Sizin şəhərimizə növbəti səfəriniz, hər zaman olduğu kimi, yeniliklərlə yadda qaldı. Qədim Gəncə şəhəri bu gün göz oxşayır. Sizin xeyir-duanızla istifadəyə verilən yeni-yeni sosial və infrastruktur obyektləri həm şəhərimizə gözəllik verir, həm də sakinlərin daha rahat və firavan həyatına xidmət edir.

Mən, bir Gəncə sakini olaraq, Sizin siyasi xəttinizi daim dəstəkləyir, doğma Azərbaycanımızın daha da qüdrətli dövlət olması və inkişafı naminə apardığınız möhtəşəm, zəfər dolu işlərinizdə Sizə yeni uğurlar diləyirəm.

Uca Tanrı Sizi qorusun!

Hörmətlə,

Qasımova Samirə

Azərbaycan Respublikası, Gəncə şəhəri.