Gerb

24 may 2010, 16:21

Möhtərəm cənab Prezident!

Azərbaycan Dövlət Aqrar Universitetinin 80 illik yubileyi ilə əlaqədar aqrar sahənin inkişafındakı xidmətlərinə görə universitetimizin professor və müəllimlərinin əməyini yüksək qiymətləndirdiyinizə və mənə Əməkdar Müəllim fəxri adını verdiyinizə görə Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Bu gün universitetimiz Sizin qayğınız sayəsində özünün yeni inkişaf mərhələsini yaşayır.

Cənab Prezident!

Yubiley ərəfəsində universitetimizin bir qrup əməkdaşını ali dövlət mükafatlarına, fəxri adlara layiq görməyiniz, mənim müəllimlik fəaliyyətimi qiymətləndirməyiniz bütün kollektiv tərəfindən sonsuz minnətdarlıq hissi ilə qarşılanmışdır. Bu fəxri adı həyatımda ən əlamətdar hadisə kimi dəyərləndirir, təkcə mənə deyil, universitetimizin hər bir üzvünə verilən yüksək qiymət və qayğı kimi qəbul edirəm. Mən və işlədiyin təhsil ocağının hər bir üzvü Sizin bu Sərəncamınızı elmə, təhsilə və müəllimə böyük qayğınızın daha bir təzahürü kimi dəyərləndiririk. Biz, Azərbaycanda son illərdə qazanılan uğurları, nailiyyətləri Sizin fəaliyyətinizlə bağlayırıq. Sizi əmin edirəm ki, Azərbaycan Dövlət Aqrar Universitetinin hər bir üzvü kimi mən də səylə, vicdanla çalışaraq Sizin etimadınızı doğruldacağam.

Dərin hörmətlə,

professor Cəmil Hacıyev,

Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri, əməkdar müəllim.

Azərbaycan Respublikası, Gəncə şəhəri.
 

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR