Çox hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Şimali Kiprdə yaşayan bütün Azərbaycan diasporu adından ürəkdən təbrik edirəm.
Sizin müdrik rəhbərliyinizlə doğma Azərbaycanımızın güclü sosial, iqtisadi, təhsil, sağlamlıq və digər sahələrdə dünya dövlətləri arasında ön sıralarda yer alacağına əminik.
Sizə və ailənizə cansağlığı, Azərbaycanın çiçəklənməsi naminə titanik fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Professor Fəxrəddin Məmmədov
Şimali Kipr Azərbaycan Mədəniyyət Mərkəzinin sədri,
Yaxın Şərq Universitetinin prorektoru