İsveçdə fəaliyyət göstərən “Azərbaycan Naminə” Cəmiyyətinin sədri Nadir Hollanbranddan

12 noyabr 2013, 15:30

Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi İsveçdə fəaliyyət göstərən “Azərbaycan Naminə” Cəmiyyəti adından səmimi qəlbdən təbrik edirik.

Azərbaycan xalqının Sizə hörmət və etimadı sonsuz və əvəzolunmazdır. Sizə şərəfli ali dövləti vəzifənizdə böyük uğurlar arzu edirik. İsveçdə yaşayan azərbaycanlılar hər zaman Sizin daxili və xarici siyasətinizi dəstəkləmişlər. Sizin müdrik siyasətiniz Azərbaycan xalqını işıqlı gələcəyə aparan yeganə yoldur.

Hörmətlə,

Nadir Hollanbrand
İsveçdə fəaliyyət göstərən “Azərbaycan Naminə” Cəmiyyətinin sədri