Gerb

12 noyabr 2013, 22:00
W1siziisijiwmtuvmdyvmtuvnnc2zgu3cnywn18yntg5oc5qcgcixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=220034bdbf3a41a7

Prezident İlham Əliyev Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında digər sahələr kimi, siyasi sahədə də əlaqələrin yüksək səviyyədə olduğu qeyd edildi, beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlığın önəmi vurğulandı. Ölkələrimiz arasındakı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.