14 noyabr 2013, 11:00

Sənan Hüseynzadədən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin seçiciniz olaraq bu məktubu vətəndaş təşəkkürü başlığı altında göndərirəm.

Sizə yeni prezidentlik fəaliyyətinizdə uğurlar arzulayıram. Bir ziyalı olaraq apardığınız islahatları analiz edib yürütdüyünüz düzgün siyasəti fərəhlə izləyirəm.

Respublikamızda müsbət istiqamətdə atılan addımları yüksək qiymətləndirərək ölkəmizin və dövlətimizin güclənməsi naminə gördüyünüz işlərə görə Sizə təşəkkür etməyi özümə mənəvi borc bilirəm. Yaxın illərdə əhalinin sosial rifahının yaxşılaşması, yoxsulluğun azaldılması və Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində müəyyənləşdirdiyiniz hədəflərə çatmaq üçün Allahdan Sizə yardım və uğur diləyirəm.

Hörmətlə,

Hüseynzadə Sənan.

Azərbaycan Respublikası, Bakı şəhəri.