18 noyabr 2013, 14:20

İlqar Məmmədovdan, Vladivostok, Rusiya

Möhtərəm cənab Prezident,

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi təbrik edirəm. Sizin siyasi fəaliyyətiniz sayəsində ölkədə sabitlik hökm sürür, Azərbaycan xalqının rifahı yüksəlir. Sizin ölkəni irəliyə apardığınız yol düzgün və uzaqgörəndir. Şadam ki, Siz ümummilli lider Heydər Əliyevin kursuna sadiqsiniz. Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlılar da bunu görür və fəxr edirlər. Siz xalq ilə, biz isə Sizinləyik!

Hörmətlə,

Məmmədov İlqar
Rusiya Federasiyası, Vladivostok şəhəri