Rusiya Federasiyası Federal Şurasının Dövlət Dumasının deputatı, Beynəlxalq Sülh Fondları Assosiasiyasının prezidenti, şahmat üzrə dəfələrlə dünya çempionu Anatoli Karpovdan
18 noyabr 2013, 16:08
Hörmətli İlham Heydər oğlu,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizin bu qələbəniz ölkənin sosial-iqtisadi inkişafına verdiyiniz töhfələrin və yüksək siyasi nüfuzunuzun təsdiqidir.
Mən Sizi ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafının və möhkəmlənməsinin əqidəli tərəfdarı kimi tanıyıram. Əminəm ki, iqtisadiyyat, mədəniyyət, idman sahələrində bundan sonra da birgə işləyəcəyik.
Hörmətli cənab Prezident, Sizə və xalqınıza ölkənin inkişafı naminə səylərinizdə böyük uğurlar, möhkəm cansağlığı arzu edirəm.
Hörmətlə,
Anatoli Karpov
Rusiya Federasiyası Federal Şurasının Dövlət Dumasının deputatı, Beynəlxalq Sülh Fondları Assosiasiyasının prezidenti, şahmat üzrə dəfələrlə dünya çempionu