İlham Əliyev Ukrayna Ali Radasının sədri ilə görüşmüşdür

18 noyabr 2013, 19:10
İlham Əliyev Ukrayna Ali Radasının sədri ilə görüşmüşdür

Prezident İlham Əliyev Ukrayna parlamentinin binasında Ali Radanın sədri Vladimir Rıbak ilə görüşmüşdür.

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi. Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfərinin ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyəti qeyd edildi.

Söhbət zamanı parlamentlərarası əməkdaşlığın, dostluq qruplarının əlaqələrimizin inkişafındakı rolu vurğulandı. Azərbaycan ilə Ukraynanın beynəlxalq təşkilatlarda, o cümlədən beynəlxalq parlament qurumlarında birgə uğurlu əməkdaşlığının həyata keçirilməsindən məmnunluğun ifadə edildiyi görüşdə əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik bildirildi.

gallery-photogallery-photogallery-photo