İlham Əliyev Avstriya Prezidenti Haynts Fişer ilə görüşmüşdür

19 noyabr 2013, 14:00
İlham Əliyev Avstriya Prezidenti Haynts Fişer ilə görüşmüşdür

Vyanada, “Hofburq” Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasının Prezidenti Haynts Fişer ilə görüşmüşdür. 

Görüşdə Azərbaycan ilə Avstriya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Əlaqələrimizin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı, münasibətlərin bundan sonra da genişləndirilməsinə əminlik bildirildi.

Söhbət zamanı ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo