BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreşdən

19 noyabr 2013, 15:30

Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik etməkdən şərəf duyuram.

Azərbaycanda məcburi köçkünlər üçün həll yolunun tapılması, sığınacaq və qaçqın proseduralarının bundan sonra da yüksək Avropa standartlarına uyğun inkişafı üçün Sizin rəhbərliyiniz altında Hökumətiniz ilə təşkilatımız arasında əməkdaşlığın daha da gücləndirilməsinə böyük ümid bəsləyirəm.

Fürsətdən istifadə edərək, Azərbaycan ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında 20 ildən çox davam edən əməkdaşlıq və tərəfdaşlıq üçün Sizə dərin minnətdarlığımı bildirmək istərdim.

Zati-aliləri, xahiş edirəm yüksək hörmət və ehtiramımı qəbul edin.

Ən xoş arzularla,

Antonio Quterreş
BMT-nin qaçqınlar üzrə ali komissarı