Gerb

19 noyabr 2013, 17:40

Prezident İlham Əliyevin Avstriyaya işgüzar səfəri başa çatmışdır.

Vyananın Şvexat Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi Avstriyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.

X X X

Həmin gün axşam Prezident İlham Əliyev Bakıya qayıtdı.

Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.