Gerb

19 noyabr 2013, 18:40

Hörmətli cənab Prezident,

Azərbaycan Respublikasının Prezidenti seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik. Bütün Nobel ailəsinin adından Sizə uğurlar diləyirik.

Zati-aliləri, Sizin güclü rəhbərliyiniz, Azərbaycanı demokratiyaya və inkişafa doğru irəlilətmək səyləriniz yüksək qiymətləndirilməlidir. Dünya ictimaiyyəti, liderlər, xalqlar Azərbaycan, onun şanlı keçmişi və Sizin ali rəhbərliyinizlə möhtəşəm gələcəyi haqqında daha çox məlumatlı olmalıdır. Bütün bunlarla yanaşı, Azərbaycanda həyata keçirilən Nobel layihələrinə göstərdiyiniz dəstəyə görə Sizə bir daha təşəkkür edirik.

Dərin hörmət və ehtiramla,

Qustaf Nobel
Nobel Davamlı İnkişaf Fondunun sədri və qəyyumu

Piter Nobel
Nobel Davamlı İnkişaf Fondunun sədr müavini

Toğrul Bağırov
Bakı Nobel İrsi Fondunun sədri

Filip Nobel
Beynəlxalq Nobel Qardaşlıq Fondunun
təsisçisi və prezidenti