20 noyabr 2013, 11:00

Mütəllim Mütəllimovdan, Kürdəmir, Azərbaycan

Hörmətli cənab Prezident!

İlk öncə Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizin sayənizdə ölkəmizin daxili və xarici siyasətində əldə edilmiş və ediləcək uğurlara biz də qoşulur və ürəkdən sevindiyimizi bildiririk. Mən Kürdəmir rayonu Pirili kənd tam orta məktəbində riyaziyyat və informatika müəllimi işləyirəm. Minnətdarlıq məktubunu yazmaqla Sizə tərəfdar çıxdığımı səmimi hislərlə bildirir və ölkəmizdə yetişən gənc nəslin təhsil və tərbiyəsində daha da ciddi cəhd və səylə çalışacağımıza, Sizin siyasi kursunuza sadiq qalacağımıza, yeniləşən dünyada təhsil sahəsində əldə edilmiş yeniliklərlə tanış olacağımıza və bu yenilikləri şagirdlərimizə çatdırmaqla onların yüksək elmi nailiyyətlər əldə etmələrinə yardımçı olacağımıza söz veririk. Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Mütəllimov Mütəllim Fəzayıl oğlu.

Azərbaycan Respublikası, Kürdəmir rayonu, Pirili kəndi.