Gerb

20 noyabr 2013, 14:00
W1siziisijiwmtuvmdyvmtuvodztym95chvxbl8ynjm5nc5qcgcixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=f981661a263b0790

Prezident İlham Əliyev Böyük Britaniya parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistanda ticarət məsələləri üzrə elçisi Çarlz Hendrini qəbul etmişdir.

Çarlz Hendri yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, Böyük Britaniyanın Baş naziri Devid Kemeronun salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırdı.

Prezident İlham Əliyev Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Böyük Britaniya ilə müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində sıx əlaqələr yaradıldığını və əməkdaşlığımızın uğurla davam etdirildiyini məmnunluqla bildirdi.

Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin perspektivləri, birgə layihələrin işlənilməsi, regional əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlət başçısı Devid Kemeronun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Böyük Britaniyanın Baş nazirinə çatdırmağı xahiş etdi.