|
08 noyabr 2010, 19:56
Hacıyevlər ailəsindən, Nijni Novqorod, Rusiya
Möhtərəm Prezident! Cənab Ali Baş Komandan! Biz, xarici ölkələrdə yaşayan azərbaycanlılar vətəndən uzaqda yaşasaq da, müxtəlif vasitələrlə vətənimizdə baş verən hadisələri izləyir və uğurumuza, qələbələrimizə sevinir, qürur duyuruq. Bu gün TV vasitəsi ilə Milli Qəhrəmanımız Mübariz İbrahimovun və zabit Fərid Əhmədovun vətənə qaytarılmasının və dəfn mərasiminin şahidi olduq. Həm kədərləndik, həm də qürur hissi duyduq. Şəhidlərimizin vətənə qaytarılması üçün göstərdiyiniz fədakarlığa görə Sizə dərin minnətdarlığımızı bildirir və Sizinlə fəxr edirik. Dəfn mərasimində söylədiyiniz nitqə və şəhidlərə verilən qiymətə görə qarşınızda baş əyir və inanırıq ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. İnşallah. Allah-təaladan Sizə uzun ömür, cansağlığı və xalqımızın rifahı naminə gördüyünüz işlərdə uğurlar arzulayırıq.
Dərin hörmətlə, Rusiya, Nijni Novqorod, Kominterna küçəsi 26-64. AXTAR:
XƏBƏRLƏR:
14 avqust 2013, 13:55
İlham Əliyev İsmayıllı şəhərində yeni avtovağzalın açılışında iştirak etmişdir
14 avqust 2013, 13:45
İlham Əliyev İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak etmişdir
14 avqust 2013, 13:30
İlham Əliyev “İsmayıllı-1” Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir
14 avqust 2013, 13:20
İlham Əliyev İsmayıllıda tikiş fabrikinin açılışında iştirak etmişdir
14 avqust 2013, 12:50
İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir
14 avqust 2013, 12:30
İlham Əliyev İsmayıllı rayonuna səfərə gəlmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.