Gerb

21 noyabr 2013, 13:10

Zati-aliləri, cənab Prezident,

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi Sizə çatdırım.

Əminəm ki, Monqolustan ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlıq münasibətləri bizim birgə səylərimizlə bundan sonra da güclənəcəkdir.

Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, qardaş Azərbaycan xalqına isə rifah diləyirəm.

Ən dərin ehtiramla,

Saxiaqiyn Elbeqdorj
Monqolustan Respublikasının Prezidenti