Livan Respublikasının Prezidenti Zati-aliləri cənab Mişel Süleymana
Text size
21 noyabr 2013, 18:25
Hörmətli cənab Prezident,
Livan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Livan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Sizə ən xoş arzularımı yetirir, dost Livan xalqına əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 19 noyabr 2013-cü il.