21 noyabr 2013, 18:20

Nuriyyə Bikbayevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident və ümumxalq sevgisini qazanmış Mehriban xanım!

Mən, Bikbayeva Nuriyyə Əliyevna, xahişimizə səmimi və humanist münasibət göstərdiyinizə görə şəxsən öz adımdan və bacım İsmayılova Rumiyyə Əliyevna adından Sizə dərin minnətdarlığımı bildirir, çox sağ olun deyirəm. Həm mənim, həm də bacımın gözlərində buynuz təbəqəsinin patologiyası ilə əlaqədar keroplastika əməliyyatına ehtiyacımız vardı. Sizin sayənizdə bu il oktyabrın 29-da akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində mənim gözlərimdə təmənnasız olaraq uğurlu cərrahiyyə əməliyyatı aparıldı. Çox sağ olun. Sizə və uşaqlarınıza möhkəm cansağlığı, uzun ömür və səadət arzulayıram. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, əzmkar və məsuliyyətli dövləti fəaliyyətinizdə Sizə uğurlar diləyirəm.

Dərin hörmətlə,

Nuriyyə Bikbayeva

Azərbaycan Respublikası, Bakı şəhəri