Gerb

10 noyabr 2010, 16:58

Hörmətli cənab Prezident! 

Biz Sizinlə qürur duyuruq. Vətən oğullarına verdiyiniz qiymət biz gəncləri qururlandırdı. Əsil Ali Baş Komandan kimi örnək olası bir addım atdınız. Bir gənc kimi bir daha əmin oldum ki, əgər bu Vətən üçün şəhid olsam, dövlətim ailəmin yanında olacaq. Sizinlə qürur duyuruq. Biz gənclər Ali Baş Komandan kimi həmişə sizin əmrinizi gözləyirik. Sizin əmrinizlə hər an itirilmiş torpaqlarımızı qaytarmağa və son damla qanımızı belə Vətənə fəda etməyə hazırıq. Əmin olun ki, qəlbimizdə Vətənimizə, torpağımıza və dövlətimizə sevgimiz, sadiqliyimiz tükənməzdir. Ailəm adından, yaxınlarım adından sizə təşəkkür edirik.

Quliyev Zaur İsmayıl oğlu

Azərbaycan Respublikası, Sumqayıt şəhəri,
42-ci məhəllə, ev 13, mənzil 14