Gerb

08 noyabr 2010, 18:32

Çox hörmətli Prezidentimiz İlham Əliyev cənabları!

Dünən Azərbaycan tarixində yeni şanlı bir səhifə açıldı. Bu səhifə Azərbaycanın tarixində mənəvi zirvəlik səhifəsi olaraq daxil oldu. Dünən Azərbaycan xalqı şəhid övladlarını son mənzilə yola salırdı. Əlbəttə, bu bizim üçün həm ağır, eyni zamanda olduqca şərəfli bir an idi. 

Cənab Prezident, dünən bu şərəfli anların yaşanmasında Sizin əməyiniz unudulmazdır. Məhz Sizin şücayətiniz və iradəniz sayəsində Azərbaycan bu hissləri yaşadı. Azərbaycan bir daha əmin oldu ki, o, etibarlı əllərdədir. 

Allah şəhidlərimizə rəhmət eləsin!

Dünənki tarix, eyni zamanda, başqa bir cəhəti ilə də əlamətdar idi. Azərbaycan bir daha demokratik seçkilərin şahidi oldu. Şəxsən mən Səbail rayonunda 29-4 saylı məntəqədə müşahidəçi idim. Olduqca şəffaf və demokratik seçkilərin şahidi oldum. Hətta müxalif qüvvələr sonda öz rəylərində heç bir irad yazmadılar. Məhz ona görə ki, bəzi qüvvələr qəbul etməsələr belə, Azərbaycanda demokratiya var, Azərbaycanda inkişaf var, Azərbaycanda haqq və ədalət var! Bunlar da, cənab Prezident, məhz Sizin sayənizdə, Sizin bacarığınız və strateji baxışlarınız sayəsində əldə edilmişdir.
Mən Sizi təbrik edirəm, Sizə uzun ömür və daim bizimlə olmağınızı arzulayıram!

Dərin hörmətlə,

Əliyev Qafar Nadir oğlu,
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Təbriz küçəsi 11/2 

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR