“Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2008-ci il 2 dekabr tarixli 726-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 740-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

28 noyabr 2013, 20:30

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2008-ci il 2 dekabr tarixli 726-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 740-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1. “Azərbaycan Respublikasının dövlət təltiflərinin hazırlanması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyun tarixli 2855 nömrəli Sərəncamının icrasını “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2008-ci il 2 dekabr tarixli 726-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 740-IVQD nömrəli Qanununa uyğun olaraq təmin etsin;
2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 noyabr 2013-cü il.