Gerb

02 dekabr 2013, 11:00

Möhtərəm cənab Prezident!

Yenidən müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə bütün ismayıllılar, eyni zamanda Diyallı kənd sakinləri adından Sizi ürəkdən təbrik edir, məsul və şərəfli işinizdə uğurlar, cansağlığı arzulayırıq.

Avqust ayının 14-də İsmayıllıya tarixi səfəriniz bütün rayon ictimaiyyətinin yaddaşında unudulmaz xatirəyə çevrilmiş, yaşamaq, işləmək, qurub-yaratmaq əzmimizi daha da artırmışdır.

Möhtərəm Prezident, biz kiçik bir kənddə yaşayır, işləyir və həyatımızı davam etdiririk. Lakin səmimiyyətlə qeyd etmək istəyirik ki, rəhbərliyiniz dövründə kəndimiz inkişaf edir, yeniləşir, müasir infrastruktura yiyələnir, əhalinin sosial həyatı gündən-günə yaxşılaşır. Qısa vaxt ərzində Diyallı kəndinə uzun illər arzusunda olduğumuz asfalt yol çəkilmiş, yeni artezian quyusu qazılmış, əhali təmiz içməli su ilə təmin olunmuşdur. Hazırda kənddə qazlaşdırma işi aparılır, elektrik dirəkləri dəyişdirilərək yeniləri ilə əvəz olunur. Bütün bunlar Sizin rəhbərliyiniz altında həyata keçirilir. Xalqımız üçün işləməyi, ona xidmət etməyi azərbaycançılıq borcunuz hesab edir, bu yolda şərəflə irəliləyirsiniz. Artıq bütün dünya Sizə qibtə hissi ilə baxır, Sizdən öyrənir. Sizinlə bir yerdə olmaq, Sizin müasiriniz olmaq xoşbəxtlikdir. Azərbaycan xalqı üçün etdiklərinizə görə Sizə minnətdarıq.

Kənd sakinləri adından dərin hörmət və ehtiramla,
Əhmədova Şəmsiyyə Mustafa qızı,
məktəb direktoru.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Diyallı kəndi.