02 dekabr 2013, 11:15

Aqil Hidayətovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizi növbəti dəfə “Jurnalistlərin dostu” seçilməyiniz münasibətilə təbrik edirəm. Mən Sizinlə fəxr edirəm. Allah Sizi qorusun!

Hörmətli cənab Prezident, Sizə qüdrətli dövlət quruculuğu yolunda uğurlar, əzmkarlıq və bu işlərin reallaşması naminə uzun ömür arzulayırıq. Sizin ölkəni irəliyə aparan siyasətiniz düzgün və uzaqgörəndir. Şadam ki, Siz ümummilli lider Heydər Əliyevin kursuna sadiqsiniz.

Hörmətlə,

Hidayətov Aqil Mir Hidayət oğlu,
“Zirvə Yolu” qəzetinin baş direktoru.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.