İlham Əliyev Füzuli rayonunun Böyük Bəhmənli kəndində tibb mərkəzinin açılışında iştirak etmişlər

11 noyabr 2010, 15:19
İlham Əliyev Füzuli rayonunun Böyük Bəhmənli kəndində tibb mərkəzinin açılışında iştirak etmişlər

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Füzuli rayonunun Böyük Bəhmənli kəndində tibb mərkəzinin açılışında iştirak etmişlər.

Dövlət başçısı əvvəlcə tibb işçiləri ilə görüşdü.

Prezident İlham Əliyev mərkəzin kollektivinə müraciətlə dedi:

- Sizi təbrik edirəm. Gözəl tibb mərkəzi yaradılıb. İki il bundan əvvəl burada tikinti ilə tanış olmuşdum. Bu gün artıq hazırdır. Bu gözəl, yaraşıqlı, geniş tibb mərkəzinin çox böyük əhəmiyyəti vardır. Siz tibb işçiləri bunu yaxşı bilirsiniz. İnsanlara yüksək səviyyədə tibbi xidmətin göstərilməsi üçün belə mərkəzlər mütləq lazımdır. Bilirsiniz ki, indi müxtəlif bölgələrdə diaqnostika, müalicə mərkəzləri tikilir. Mən çox istəyirdim ki, Füzulidə də belə gözəl, müasir mərkəz tikilsin. Bu, çox vacibdir. Burada yaşayanlar üçün vacibdir. Bütün Azərbaycanımız üçün lazımdır.

Mən qeyd etmişdim ki, buralar hamısı işğal altında idi. Ermənilər bu bölgələri zəbt etmişdilər. Sonra Azərbaycan Ordusu bu torpaqları azad etdi, yenidənqurma-bərpa işləri başlandı. Birinci mərhələdə əlbəttə ki, maliyyə çətinliklərimiz var idi, imkanlarımız o qədər də geniş deyildi. Amma nəyimiz var idi Azərbaycan dövləti sərf edirdi ki, burada bərpa işləri getsin. Ancaq indiki şəraitdə ki, maliyyə imkanlarımız vardır, biz bu işləri mütləq görməliyik və gördük.

İşğaldan əvvəl Füzulidə belə gözəl xəstəxana olmamışdır, belə gözəl idman kompleksi, yaxud da ki bu gün açdığım muğam evi ümumiyyətlə yox idi. Bütün bunlar memarlıq əsərləridir. Mən bilirəm, keçən dəfə də burada tikinti ilə tanış olarkən də, bu gün də məlumat verildi, indi baxacağam, burada ən qabaqcıl avadanlıq quraşdırılıb. İnkişaf etmiş ölkələrin əsas şəhərlərində hansı avadanlıq varsa, burada da vardır. Burada doğum şöbəsi də, dializ də vardır. Böyrək çatışmazlığından əziyyət çəkənlər hara getməli idilər? Ya başqa şəhərlərə, ya da ki, ümumiyyətlə müalicəsiz qalırdılar. İndi burada müalicə olunacaqlar. Lap bir nəfər olsa belə, onun üçün biz burada şərait yaratmalıyıq. Çünki bu, indi elə xəstəlikdir ki, bunun müalicəsi vardır. Elə xəstəliklər var ki, həkimlər əlacsız qalırlar, amma elə xəstəliklər də var ki, müalicə oluna bilər. Sadəcə olaraq ya dərman yox idi, ya da avadanlıq. İndi hər şey vardır.

Burada doğum şöbəsinin yaradılması da çox vacibdir. Azərbaycanda ümumiyyətlə uşaq ölümünün səviyyəsi aşağı düşür. Bu, həmişə bizim üçün böyük problem idi. Veteran həkimlər bilirlər, sovet ittifaqı zamanında həmişə bu göstərici əfsuslar olsun ki, Azərbaycanda yüksək idi. Amma indi şərait yaradılır, həm maarifləndirmə işləri aparılır, doğum şöbələri, müasir avadanlıq, həkimlərin təcrübəsi. Bizim üçün böyük dərəcədə çox ağır olan bu problem indi öz həllini tapıbdır. Yəni, burada bütün şərait vardır. O ki qaldı həkimlərə, tibb işçilərinə gərək xəstələrə yaxşı baxsınlar. Əminəm ki, belə də olacaqdır. Belə gözəl şəraitdə işləmək xoşdur. Mərkəzin xarici görünüşü də çox gözəldir.

SAKİN: Sizin rayonumuza hər bir gəlişiniz bizim üçün bayram olur, yenilik olur.

Prezident İlham ƏLİYEV:

- Misal üçün, bu gün mən üç gözəl açılışda iştirak edirəm - bu gözəl xəstəxana, muğam evi, idman kompleksi. Bu obyektlər ictimai, sosial, mədəni xarakter daşıyır. Bu obyektlərin tikilməsinə qoyulan sərmayə iqtisadiyyata qoyulan sərmayə deyil ki, sabah biz buradan gəlir gözləyək. Yox, qoyulan bu sərmayə əslində gələcəkdə əlavə vəsait tələb edəcəkdir. Çünki burada müalicə pulsuz olacaq və Füzuli rayon sakinləri bunu bilməlidirlər, gəlməlidirlər, diaqnostikadan keçməlidirlər. Hər bir vətəndaş, mən bir də deyirəm,- mən bunu demək olar ki, hər dəfə xəstəxanaların açılışlarında qeyd edirəm, amma bu, elə məsələdir ki, bunu nə qədər çox təkrarlasan, bir o qədər də yaxşıdır, - hər bir vətəndaş ildə bir dəfə gəlməlidir bu müalicə mərkəzlərinə, pulsuz müayinədən keçməlidir və bilməlidir onun sağlıq vəziyyəti necədir, harada nə etmək lazımdır, hansı müalicə almalıdır? Bax, bura əlbəttə ki, pulsuz olacaq, ona görə, əlavə vəsait tələb edir. İdman kompleksi də, Muğam Mərkəzi də gəlirlə işləməyəcək, orada nə gəlir ola bilər?! Sadəcə olaraq, yerli uşaqlar, gənclər üçün şərait yaratmışıq. Yəni, bu investisiyalar insan kapitalına qoyulan investisiyalardır və Azərbaycan dövləti burada heç bir iqtisadi maraq güdmür. Misal üçün, yollardır, fabriklər, zavodlardır, əlbəttə, onlar qoyulan investisiyaları nə vaxtsa qaytaracaqdır. Bunlar isə yox, bu, sırf sosial xarakter daşıyan işlərdir. Bu işləri ona görə görürük ki, Azərbaycan vətəndaşları hər yerdə, hər bir bölgədə bax belə gözəl imkanlardan istifadə etsinlər. Azərbaycan vətəndaşları buna layiqdirlər. Dünyanın ən yaxşı təcrübəsi burada olmalıdır, buraya gətirilməlidir. İndi biz buna nail oluruq. Sizi bir daha təbrik edirəm, uğurlar arzulayıram.

SAKİN: Gün o gün olsun Sizi Mehriban xanımla birlikdə Füzuli şəhərində qarşılayaq.

Prezident İlham ƏLİYEV: Bəli, o gün də gələcəkdir. Füzuli şəhərində bundan da gözəl xəstəxanalar, binalar tikiləcəkdir. Artıq Horadiz şəhərinin abadlaşması hamımız üçün bir nümunədir. Çünki bu onu göstərir ki, işğaldan azad olunan ərazilərdə belə gözəl şərait yaratmaq mümkündür. Bunu biz etmişik, Azərbaycan xalqı Azərbaycan dövlətinin imkanları hesabına edib. Bu, onu göstərir ki, bu gün işğal altında qalan torpaqlarımız azad olunandan sonra orada da belə, daha da gözəl şərait yaradılacaqdır. Biz Füzuli şəhərini də mütləq bərpa edəcəyik,.

SAKİN: İnşaallah, Sizin rəhbərliyiniz altında.

Prezident İlham ƏLİYEV: Sizi bir də təbrik edirəm.

X X X

Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi, mərkəzdə yaradılmış şəraitlə tanış oldu.

Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin səhiyyənin inkişafına diqqəti və qayğısını əks etdirən fotostend vardır.

ARDNŞ-in prezidenti Rövnəq Abdullayev məlumat verdi ki, tibb mərkəzinin inşasına 2008-ci ilin fevralında başlanmışdır. Mərkəz 1,5 hektar ərazidə yerləşir. Birinci mərtəbədə doğum, qəbul, hemodializ və şüa-diaqnostika şöbələri yerləşir. İkinci mərtəbədə konsultativ diaqnostik poliklinika şöbəsi, inzibati və stasionar cərrahi şöbələr, əməliyyatların gedişini canlı izləmək üçün lazımi avadanlıqla təchiz edilmiş akt zalı, laboratoriya, üçüncü mərtəbədə üç əməliyyat bloku, anesteziologiya və reanimasiya şöbəsi, intensiv terapiya palataları və reanimasiya zalı vardır. Tibb mərkəzində kompyuter tomoqrafiyası, rentgen, USM, oftalmologiya və stomatologiya otaqları fəaliyyət göstərir. Tibb ocağı cəbhə bölgəsində yerləşdiyindən ağır xəstələrin vaxtında buraya çatdırılması üçün 2 vertolyot meydançası, habelə yeməkxana, qazanxana, camaşırxana, elektrik yarımstansiyası, mərkəzə ezam olunan həkimlər üçün iki yaşayış binası da inşa olunmuşdur.

Füzuli rayonunun Böyük Bəhmənli kəndinin yaxınlığında, magistral yolun kənarında inşa olunmuş mərkəzin xidmətlərindən ətraf kəndlərin sakinləri də istifadə edəcəklər.

X X X

Bununla da Prezident İlham Əliyevin Füzuli rayonuna səfəri başa çatmışdır.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:48
F.Ə.Adıgözəlovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə...

16 aprel 2024, 13:48
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:46
A.M.İbadovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                               

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin...

16 aprel 2024, 13:46
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2024
14:35
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan...

15 aprel 2024, 14:35