13 dekabr 2013, 12:00

Məhəbbət Əliyev və başqalarından, İsmayıllı, Azərbaycan

Möhtərəm Prezident!

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində İsmayıllı rayonunun əhalisinə, xüsusilə Ruşan kəndinin sakinlərinə böyük diqqət göstərərək yol çəkilişi üçün vəsait ayırmağınız onların hədsiz sevincinə səbəb olmuşdur. Yeni inkişaf və yüksəliş istiqamətini götürmüş Ruşan kəndi bundan sonra Sizin qayğınız sayəsində bu istiqamətdə daha sürətlə irəliləyəcəkdir. Sizə dərin ehtiramımızı ifadə edərək, göstərdiyiniz diqqət və qayğıya görə Ruşan kəndinin bütün sakinlərinin böyük minnətdarlğını çatdırırıq.

Hörmətlə,

Əliyev Məhəbbət
Göyüşov Ədalət.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Ruşan kəndi.