13 dekabr 2013, 14:00

İnqilab Həsənov və başqalarından, İsmayıllı, Azərbaycan

Möhtərəm Prezident!

Sizin rəhbərliyiniz altında respublikamızda həyata keçirilən bütün layihələr inkişaf etməkdə olan ölkəmizin hər bir vətəndaşı kimi bizi də sevindirir. Çünki fəaliyyətinizin bütün istiqamətlərində hədəf güclü Azərbaycan və xoşbəxt vətəndaşdır.

Respublikamızın bütün bölgələri kimi, İsmayıllı rayonu da durmadan inkişaf edir. Bildiyiniz kimi rayonumuz böyük turizm potensialına malik bölgədir. Yol infrastrukturunun bərpası turizm inkişafına təkan verəcəkdir. Artıq İsmayıllı rayonun əsas magistral yolları asfaltlaşdırılmışdır. Son Sərəncamınızla rayonumuz mühüm əhəmiyyət kəsb edən daha bir kənd yolunun asfaltlaşdırılması əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına, kəndlərimizin inkişafına böyük töhfədir. Sizin bu Sərəncamınız rayon ictimaiyyəti tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanmışdır.

Hörmətli cənab Prezident, bu Sərəncamın əhəmiyyətini nəzərə alaraq, İsmayıllı rayon ictimaiyyəti adından Sizə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq. Qayəsi böyük Azərbaycan və xoşbəxt azərbaycanlı olan strategiyanızın həyata keçirilməsində Sizə cansağlığı arzulayırıq.

Hörmətlə,

Həsənov İnqilab,
Ağsaqqallar şurasının sədri,

Bəşirov Fərman,
Ağsaqqallardan ibarət ictimai nəzarət şurasının sədri.

Azərbaycan Respublikası, İsmayıllı rayonu.