Gerb

16 dekabr 2013, 17:55

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

1. “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, №12, maddə 739; 2004, №1, maddə 2; 2008, №12, maddə 1054) 1-ci və 2-ci maddələrində “2001-ci il yanvarın 1-dən başlayaraq 3 il müddətinə” sözləri “2014-cü il yanvarın 1-dən başlayaraq 5 il müddətinə” sözləri ilə əvəz edilsin.

2. Bu Qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 noyabr 2013-cü il.