Gerb

12 noyabr 2010, 20:16

1. 2010-cu il sentyabrın 17-də Sankt-Peterburq şəhərində imzalanmış “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi arasında 2011-2012-ci illər üçün qarşılıqlı fəaliyyət haqqında Protokol” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Protokolun həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Rusiya Federasiyası tərəfini xəbərdar etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 noyabr 2010-cu il.