|
11 noyabr 2010, 19:21
Ağdam rayonunda məcburi köçkün ailələri üçün yeni qəsəbənin açılış mərasimində İlham Əliyevin nitqi
Əziz dostlar, əziz bacılar və qardaşlar!
Bu gözəl məktəb, tibb məntəqəsi, icma mərkəzi, bir sözlə, yaşamaq üçün burada bütün şərait yaradılıb. Bu, birinci belə qəsəbə deyildir, artıq 17-ci qəsəbədir. Mən çox şadam ki, Ağdam əhalisinin əksəriyyəti artıq Ağdam rayonunun ərazisində məskunlaşıbdır və yaşayır. Əminəm ki, burada növbəti illərdə yaradılacaq şəraitin hesabına daha da böyük sayda ağdamlılar doğma rayonuna gələcəklər. İndi rayonda abadlıq-quruculuq işləri aparılır. Böyük qazlaşdırma proqramı icra edilir, infrastruktur yaradılır. Bu gün Ağdam rayon xəstəxanasında oldum. Əvvəlki səfərlərdə Olimpiya Kompleksinin, stadionun açılışını qeyd etmişdik. Yəni, biz çalışırıq ki, Ağdam rayonunun bu ərazisində ən müasir şərait yaradılsın. Bütün bu işləri Azərbaycan Dövlət Neft Fondunun hesabına görə bilmişik. Təkcə Ağdamda deyil, bütün başqa bölgələrdə müasir qəsəbələr salınır, hündürmərtəbəli evlər tikilir. Dünən Yevlax rayonunda beşmərtəbəli 10 evin açılışında iştirak etmişəm.
Yəni, iki gündə 1300 ailə müasir evlərlə, mənzillərlə təmin edilibdir. Biz bundan əvvəlki dövrdə də bu işləri görmüşük. Görülən bu işlərin hesabına 90 minə qədər məcburi köçkün yeni evlə təmin olunubdur. Artıq üç ildir ki, Azərbaycanda çadır şəhərcikləri yoxdur. Biz onları aradan qaldırdıq. Onların əvəzinə belə gözəl, yaraşıqlı evlər tikdik. Bütün binalar dağıdılıb, sökülüb. Binalardan bütün əşyalar erməni talançıları, erməni oğruları tərəfindən aparılıb, talan edilibdir.
Ona görə biz o bölgələrə, Ağdama qayıdandan sonra yenidən o gözəl tarixi şəhərimizi bərpa edəcəyik. Bizim buna gücümüz, iradəmiz çatacaqdır. Mən ümid edirəm ki, biz Ağdamı və bu gün işğal altında qalan başqa şəhərlərimizi qısa müddət ərzində tam bərpa edəcəyik.
Azərbaycan müstəqilliyə qovuşanda, Birləşmiş Millətlər Təşkilatına üzv olanda ölkəmizin ərazi bütövlüyü hələ o vaxt tanınmışdır.
Ancaq beynəlxalq hüquq hər bir məsələnin ədalətli və qanun çərçivəsində həll olunması üçün başlıca şərtdir. Dünya birliyi beynəlxalq hüququn əsasında yaşayır. Ona görə beynəxalq təşkilatların qərarları, qətnamələri, mövqeyimizi gücləndirən bu qərarlar bu gün reallığa çevrilməsə də, öz əhəmiyyətini itirmir. Biz çalışırıq ki, Qarabağ məsələsinə beynəlxalq diqqət daha da güclənsin. Yəni, bu məsələ dünya gündəliyindən düşməsin, yaddaşdan silinməsin, beynəlxalq təşkilatlar daim bu məsələni öz gündəliyində saxlasınlar. Diplomatik və siyasi səylərimiz buna yönəldilib və buna nail ola bilmişik. Heç kimdən asılı deyildir. Belə olan halda biz daha da çevik və sərbəst siyasət aparmağa qadirik. Bu reallıqları biz yaratmışıq. Bu gün özünü guya qalib kimi təqdim etməyə çalışan Ermənistan Azərbaycandan bütün parametrlər üzrə 5-10 dəfə geridə qalıbdır. Nədir bu dırnaqarası qələbənin mənası?! Əgər erməni xalqı səfalət içində yaşayır, orada heç bir iqtisadi perspektivlər yoxdur. Xarici ianələr, xarici dəstək, kreditlər,- onlar yalvara-yalvara gətirirlər ölkələrinə, - olmasaydı, bu gün ümumiyyətlə Ermənistan çox acınacaqlı vəziyyətə düşə bilərdi. Ancaq Azərbaycan öz hesabına yaşayır. Ermənistandan fərqli olaraq, bizdə əhali, iqtisadiyyat, hərbi güc artır. Bu gün Azərbaycan Ordusu Ermənistan ordusundan qat-qat üstündür. Bunu biz bilirik.
Ermənilər nə qədər deyirlər desinlər, onun mənası yoxdur. Əgər 1992-1993-cü illərdə xarici dəstək olmasaydı, onlar torpaqlarımızı işğal edə bilərdimi? Əlbəttə ki, yox. Biz bu tarixi yaxşı bilirik. Siz – işğaldan əziyyət çəkən insanlar yaxşı bilirsiniz ki, torpaqlarımız necə işğal olunubdur. Bir tərəfdən Azərbaycanın yarıtmaz rəhbərliyi, hakimiyyət uğrunda gedən mübarizə, daxili çəkişmələr, digər tərəfdən ermənilərə xaricdən verilən maddi və hərbi dəstək nəticəsində torpaqlarımız işğal altına düşübdür. Bugünkü Azərbaycanın torpağını kimsə işğal edə bilərmi? Heç vaxt! Əgər o vaxt Azərbaycanın başında ulu öndər Heydər Əliyev olsaydı, Azərbaycan torpaqları heç vaxt işğal altına düşə bilməzdi. O tarixi vaxt itirilmişdir. Azərbaycanda hərc-mərclik, xaos, anarxiya, böhran, xaricdən olan müdaxilələr, yerli icra orqanlarının iflic vəziyyətə düşməsi, siyasi hakimiyyətin xəyanəti, qorxaqlığı – yəni, bütün bunlar bu vəziyyətə gətirib çıxarmışdır.
Müzakirə olunan sənədlərdə, ermənilərin müzakirə etdiyi sənədlərdə Kəlbəcər, Laçın rayonları öz adları ilə göstərilir. Sadəcə olaraq bu çirkin əməllər ermənilərin xislətini bir daha göstərir. Onu göstərir ki, onlar burada, Cənubi Qafqazda öz qonşuları ilə normal münasibətlərdə yaşamaq istəmirlər. Onlar işğalçı siyasətini davam etdirmək, indiki vəziyyəti saxlamaq istəyirlər. Ancaq onlar özlərinə sual verməlidirlər ki, buna onların gücü çatacaqmı? Çatmayacaq! Azərbaycan artıq 1990-cı illərin əvvəlindəki Azərbaycan deyildir, nə əhali, nə güc və nə də iradə baxımından. Böyük ölçüdə 11 noyabr 2010, 12:01
Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı İlham Əliyevin nitqi
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.