Latviya Respublikasının Prezidenti Andris Berzinş İlham Əliyevə telefonla zəng etmişdir

24 dekabr 2013, 15:20

Latviya Respublikasının Prezidenti Andris Berzinş Prezident İlham Əliyevə telefonla zəng etmişdir.

Andris Berzinş Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik etmiş, ona ali dövləti fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulamışdır.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Latviya Respublikasının Prezidenti Andris Berzinşə minnətdarlığını bildirmişdir.

Söhbət zamanı Prezidentlər ölkələrimiz arasında ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildirmişlər.