Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevdən
Text size
24 dekabr 2013, 12:12
Hörmətli İlham Heydər oğlu,
Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Qırğızıstan ilə Azərbaycan arasında yaranmış dostluq münasibətləri ölkələrimizin və xalqlarımızın mənafeyi naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Bu xoş fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı və firavanlıq, dost Azərbaycan xalqına əmin-amanlıq və tərəqqi diləyirəm.
Hörmətlə,
Almazbek Atambayev
Qırğız Respublikasının Prezidenti