24 dekabr 2013, 15:45

Orxan Məmmədlidən, Bakı, Azərbaycan

Çox hörmətli Prezident!

İlk öncə Sizi Prezident seçkilərində qazandığınız qələbə münasibətilə təbrik edir və bundan qürur duyduğumu bildirmək istəyirəm. Azərbaycan xalqı və biz gənclər Sizi - müasir Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin layiqli davamçısını daim dəstəkləyirik. Heç bir xarici dövlətin dəstəyi olmadan bizə müstəqillik bəxş edən Ulu Öndərimizin gözəl kəlamı “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” deyərək, bunu şərəfinizlə davam etdirdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildirirəm. Müxtəlif dinlərə, mədəniyyətlərə malik xalqların bir yerdə yaşaması mədəniyyətimizi daha da zənginləşdirir, çünki onların hər biri dünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir.

Hörmətli cənab Prezident, Azərbaycan xalqı daim Sizinlədir və biz birlikdə daha da güclü olacağıq. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Məmmədli Orxan Fikrət oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu.