24 dekabr 2013, 16:00

Rauf Məmmədovdan, Xırdalan, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Azərbaycan vətəndaşı olaraq, xalqımızın rifahı naminə gördüyünüz işlərə, ölkəmizin beynəlxalq aləmdə əldə etdiyi uğurlara görə Sizə təşəkkürümü bildirirəm. Mən fəxr edirəm ki, azərbaycanlıyam. Mən fəxr edirəm ki, dünya səviyyəli siyasi xadim, ümummilli lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövlətinin gənc nümayəndəsi, ulu öndərin siyasi kursunun layiqli davamçısı, dövlətini, millətini sevən gənc və potensiallı lider İlham Əliyevin rəhbərlik etdiyi ölkədə yaşayıram. Fürsətdən istifadə edərək, Sizi yenidən Prezident seçilməyiniz münasibətilə təbrik edirəm. Bir azərbaycanlı gənc olaraq, mən də dövlətimə, millətimə xidmət etməyə hazıram.

Azərbaycan artıq regional və beynəlxalq təşkilatlara üzv dövlət kimi yeni uğurlara doğru inamla addımlayır. Xüsusilə enerji təhlükəsizliyi məsələsində yürütdüyünüz siyasət (XXI əsrin müqaviləsi). Bütün bunlara görə Sizə öz təşəkkürümü bildirirəm.

Hörmətli cənab Prezident, dövlətimiz, millətimiz üçün gördüyünüz işlər göz qabağındadır. Bunları görməmək mümkün deyil.

Ölkəmizin dünya miqyasında daha böyük nailiyyətlər qazanması naminə fəaliyyətinizdə Sizə uzun ömür, cansağlığı və yeni-yeni uğurlar arzu edirəm.

Hörmətlə,

Məmmədov Rauf Elşən oğlu.
Azərbaycan Respublikası, Xırdalan şəhəri.