Ukrayna Prezidenti Viktor Yanukoviç İlham Əliyevə telefonla zəng etmişdir

24 dekabr 2013, 15:10

Ukrayna Prezidenti Viktor Yanukoviç Prezident İlham Əliyevə telefonla zəng etmişdir.

Ukrayna Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik etmiş, ona prezidentlik fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulamışdır.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Viktor Yanukoviçə minnətdarlığını bildirmişdir.

Azərbaycan və Ukrayna prezidentləri ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə etmiş, Azərbaycan Prezidentinin Ukraynaya bu ilin noyabrında həyata keçirilmiş səfərinin əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd olunmuş, əməkdaşlığımızın bundan sonra da güclənəcəyinə əminlik bildirmişlər.