Zülfəli Əliyevdən, Sabirabad, Azərbaycan
24 dekabr 2013, 19:40
Möhtərəm Prezident!
Sizin həyata keçirdiyiniz sosialyönümlü siyasət nəticəsində ölkəmizdə veteranlara və təqaüdçülərə hər bir qayğı göstərilir, onların bütün problemləri həll edilir, cəmiyyətin həyatında fəal iştirak etmələri üçün lazımi şərait yaradılır. Buna görə biz firavan həyat sürməklə yanaşı, eyni zamanda çalışırıq ki, Azərbaycanın tərəqqisi naminə Sizin gördüyünüz işlərə yaxından kömək göstərək, o cümlədən gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması, layiqli vətəndaş kimi yetişməsi üçün əlimizdən gələni əsirgəməyək.
Hörmətli cənab Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə rayonumuzun bütün veteranları və təqaüdçüləri, onların ailə üzvləri Sizə minnətdardırlar. Əmin ola bilərsiniz ki, biz həmişə Sizin siyasətinizi dəstəkləyəcəyik. Sizə uzun ömür və işlərinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Əliyev Zülfəli Hüseyn oğlu,
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri.
Azərbaycan Respublikası, Sabirabad rayonu.