25 dekabr 2013, 16:30

Zaur Mirzəyevdən, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident!

Tarix həmişə öz xalqının rifahı naminə çalışanları, bacarığını əsirgəməyənləri yüksək mükafatlandırır. Amma hərdən olur ki, tarix xalqın özünü mükafatlandırır. Heydər Əliyevin sayəsində Azərbaycanda milli barışığın və cəbhə xəttində atəşkəsin əldə olunması, düzgün neft strategiyasının həyata keçirilməsi, Azərbaycan həqiqətlərinin dünya dövlətlərinə çatdırılması və s.

Tarixin xalqımıza verdiyi növbəti yüksək qiymətin bariz nümunəsi Sizin Heydər və Zərifə Əliyevlər kimi humanist insanların ailəsində dünyaya göz açmağınızdır. Necə ki, bilik və bacarığını, idarəçilik qabiliyyətini ulu öndərdən alan gənc liderimizin sayəsində Azərbaycan dünyada söz sahibinə çevrilmişdir. “Əsrin müqaviləsi”nin davamı olan, sayənizdə imzalanan “Şahdəniz 2” layihəsi Azərbaycanın qüdrətini bir daha sübut etdi. Artıq Azərbaycan heç bir dövlətdən asılı olmayaraq, Sizin sayənizdə öz müstəqil siyasətini yürüdür.

Hörmətli cənab Prezident, doğum gününüzü qaçqın şəhərciyində qeyd etməyiniz Sizinlə xalq arasında vəhdətin və yaxınlığın olmasını sübut edir. Bu, Azərbaycanda təməli Ulu Öndər tərəfindən qoyulan milli birliyin, əmin-amanlığın hökm sürdüyü dövrdür. Bu, bizim hamımızı sevindirir. Qoy Azərbaycanımızın sükanı həmişə belə etibarlı əldə olsun. Azərbaycan Sizin rəhbərliyinizlə yeni uğurlara imza atsın. Sayənizdə Azərbaycanın qüdrəti daha da artsın.

Hörmətli cənab Prezident, həm öz adımdan, həm də Şirvan şəhər gəncləri adından Sizi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə və ailə üzvlərinizə uzun ömür, ailə səadəti, xoşbəxtlik arzu edirik.

Hörmətlə,

Mirzəyev Zaur Davud oğlu.

Azərbaycan Respublikası, Şirvan şəhəri.