Gerb

25 dekabr 2013, 17:40

Cənab Prezident,

Əvvəlcə, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Argentina xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram.

Sizə işlərinizdə uğurlar arzulayaraq, prezidentliyinizin növbəti dövründə xalqlarımızın rifahı naminə ölkələrimiz arasındakı əlaqələrin dərinləşməsi üçün bütün vacib işlərə daim hazır olduğumu qeyd etmək istəyirəm.

Ölkələrimizin ümumi maraqlarına xidmət edən qətiyyətli mövqeyinizi çox yüksək qiymətləndirirəm.

Diqqətinizə çatdırmaq istəyirəm ki, səhhətimdə yaranan bəzi problemlərlə əlaqədar olaraq Sizə bu təbriklərimi 9 oktyabr seçkilərindən dərhal sonra çatdıra bilmədim. Tanrıya şükür olsun ki, artıq səhhətimdə heç bir problem yoxdur. Odur ki, növbəti prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizə səmimi təbriklərimi göndərə bilirəm.

Bu xoş fürsətdən istifadə edərək, Sizə bir daha səmimi salamlarımı çatdırıram.

Hörmətlə,

Kristina Fernandes de Kirşner

Argentina Respublikasının Prezidenti