|
12 noyabr 2010, 20:41
“Patent haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli 893-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 1. 2.0.6-cı maddədə “sənaye mülkiyyəti obyektlərinin” sözləri “ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin” sözləri ilə əvəz edilsin; 2. 8.4.14-cü maddədə “sənaye mülkiyyəti obyektlərinin” sözləri “ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və coğrafi göstəricinin” sözləri ilə əvəz edilsin; 3. 18-ci və 19-cu maddələrin adında “Sənaye mülkiyyəti obyektlərinin” sözləri “İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin” sözləri ilə əvəz edilsin; 4. aşağıdakı məzmunda 18.3-1-ci maddə əlavə edilsin: “18.3-1. İddiaçının vəsatəti əsasında “Patent haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinin 9-cu bəndinə uyğun olaraq, müddətin əlavə 2 ay uzadılması üçün - 20 manat;”; 5. 18.13-cü maddədə “Sənaye mülkiyyəti obyektinin” sözləri “İxtiranın, faydalı modelin, sənaye nümunəsinin” sözləri ilə əvəz edilsin; 6. 18.17-ci maddədə “Sənaye mülkiyyəti obyektləri” sözləri “İxtira, faydalı model, sənaye nümunəsi” sözləri ilə əvəz edilsin; 7. aşağıdakı məzmunda 18.18-1-ci maddə əlavə edilsin: “18.18-1. Patent hüququnun girov qoyulması barədə müqavilənin (bir ədəd ixtira patenti, bir ədəd faydalı model patenti və bir ədəd sənaye nümunəsi patenti üzrə, ayrılıqda hər biri üçün) qeydiyyata alınması üçün - 50 manat;”; 8. aşağıdakı məzmunda 18.22.3-cü maddə əlavə edilsin: “18.22.3. 21-ci ildən 25-ci ilə kimi - 100 manat, hər artan il üçün 10 manat artırılmaqla.”; 9. 18.24-cü maddə aşağıdakı redaksiyada verilsin:
“18.24. Sənaye nümunəsi patentinin qüvvədə saxlanılması üçün: 12 noyabr 2010, 20:40
“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
more...
12 noyabr 2010, 20:42
“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi və “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 13 iyun tarixli 1053 nömrəli qərarının qüvvədən düşmüş hesab edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.