İlham Əliyev Əfqanıstanının Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

17 yanvar 2014, 15:50
İlham Əliyev Əfqanıstanının Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması  ilə əlaqədar qəbul etmişdir

Prezident İlham Əliyev Əfqanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Şaker Kargarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi işinə verdiyi töhfəyə görə səfir Şaker Kargara təşəkkürünü bildirdi. Prezident İlham Əliyev səfiri öz ölkəsinin ticarət və sənaye naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi və gələcək fəaliyyətində ona uğurlar arzuladı.

Görüşdə Azərbaycan ilə Əfqanıstan arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət, sənaye və digər sahələrdə inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı, əməkdaşlığımızın bundan sonra da genişləndiriləcəyinə əminlik ifadə olundu.