İlham Əliyev “Holcim” şirkətinin sədri və baş icraçı direktoru Bernar Fontana ilə görüşmüşdür

22 yanvar 2014, 19:40
İlham Əliyev “Holcim” şirkətinin sədri və baş icraçı direktoru Bernar Fontana ilə görüşmüşdür

Davosda Prezident İlham Əliyev “Holcim” şirkətinin sədri və baş icraçı direktoru Bernar Fontana ilə görüşmüşdür.

Görüşdə “Holcim” şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi qeyd olundu, yeni sement zavodunun tikintisinin holdinq ilə ölkəmiz arasındakı əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət etdiyi bildirildi.

Söhbət zamanı Azərbaycan ilə İsveçrə arasında qarşılıqlı investisiyaların əhəmiyyəti qeyd olundu, bunun iqtisadi əlaqələrimizin daha da genişlənməsinə töhfə verdiyi bildirildi.

Görüşdə əməkdaşlığın perspektivi barədə fikir mübadiləsi aparıldı.