Gerb

22 yanvar 2014, 19:45
W1siziisijiwmtuvmdyvmtuvow51y21ncmdwzl8yodmyny5qcgcixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=5d9ed5615b48c0b6

Prezident İlham Əliyev Davosda Fransanın “Airbus Group International” şirkətinin baş icraçı direktoru Jan Pyer Talamoni ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Fransa arasında əlaqələrin sürətlə inkişaf etdiyi bildirildi, iqtisadi sahədə, o cümlədən kosmos sənayesi sahəsində əməkdaşlığımızın genişlənməsindən məmnunluq ifadə olundu.

Söhbət zamanı Azərbaycanın müvafiq qurumları ilə “Airbus Group International” şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə edildi.