Gerb

23 yanvar 2014, 18:20
W1siziisijiwmtuvmdyvmtuvn2g3cxvuahuwc18yodm0mc5qcgcixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=76106461f0614750

Prezident İlham Əliyev Davosda Niderland Krallığının Baş naziri Mark Rutte ilə görüşmüşdür.

İkitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafının qeyd edildiyi görüşdə ölkələrimiz arasında fəal iqtisadi əməkdaşlığın həyata keçirilməsi üçün yaxşı potensialın olduğu bildirildi, investisiyaların qoyuluşunun iqtisadi əlaqələrin gücləndirilməsinə xidmət etdiyi diqqətə çatdırıldı, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirilməsinin önəmi vurğulandı.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.